Estoniyanın keçmiş prezidenti Arnold Ryutel dekabrın 31-i axşam saatlarında 96 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Estoniyanın Postimees qəzeti məlumat yayıb.
Ötən həftə onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilsə də, səbəbləri açıqlanmayıb.
Qəzetin məlumatına görə, Ryutel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib.
2001-ci ildə o, Estoniya prezidenti seçilib və onun səlahiyyət müddəti 2006-cı il oktyabrın 9-dək davam edib. Ryutel həmçinin Estoniyanın Avropa İttifaqı və NATO-ya qoşulması ideyasını fəal şəkildə dəstəkləyib.