Ət buna görə bahalaşıb – Ekspert səbəbi açıqladıbackend

Ət buna görə bahalaşıb – Ekspert səbəbi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son günlər dana və quzu ətinin qiymətində yenidən artım qeydə alınıb. Dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14,5-15 manata, quzu ətinin bir kiloqramının qiyməti isə 18 manata yüksəlib.

Sözügedən bahalaşmaya səbəb nədir?

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, son illər əhali sayında yarım milyonluq artım qeydə alınsa da, heyvanlar milyon baş azalıb:

“Daha dəqiq desək, kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb. Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı isə 2016-ci illə müqayisədə 500 mindən çox artıb – 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon artıb, heyvanlar sayı isə bir milyon azalıb”.

Ekspert heyvanların sayının azalma səbəblərindən də söz açıb:

“Əsas səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2678000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2417000 hektara enib, yəni 261 min hektar azalıb. Bu rəqəm isə heyvandarlıq üçün çox böyük sahədir. Bu gedişlə, heyvanlar hələ çox “qiymətə minəcək””.