Ət nə qədər bahalaşıb? – Son qiymətlərbackend

Ət nə qədər bahalaşıb? – Son qiymətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi ət dükanlarında mal və qoyun ətinin qiymətlərində süni artım müşahidə olunur. Vətəndaşlar 1 kiloqram ətin qiymətində 4 manata qədər artım olduğunu iddia edirlər.

NOCOMMENT xəbər verir ki, axar.az-ın ət dükanlarında apardığı müşahidələrə görə, qiymət dəyişikliyi əsasən yoxdur, bəzi məntəqələrdə isə 1 manata qədər bahalaşma müşahidə edilir.

Dükanların bəzilərində mal ətinin qiyməti sabit qalıb – 11 manatdır. Eyni dükanda quzu əti isə 1 həftə ərzində 1 manat bahalaşaraq 15 manat olub. Quzu ətinin 13,5-14,5 manata satıldığı dükanlar da var.

Bir sıra dükanlarda mal ətinin qiyməti 1 həftə əvvəl 10,5-11 manat idisə, hazırda 11,5 manatdır.

Maraqlıdır ki, ət dükanlarında qiymətlər fərqlidir, vahid qiymət yoxdur. Bəzi satıcılar qiymət artımının səbəbini baytarlıq sənədinin verilməsi üçün nəzərdə tutulan rüsumun artırılması ilə əlaqələndirirlər. Rəsmi məlumata görə isə, baytarlıq sənədləri ilə bağlı rüsumda heç bir artım yoxdur. Qəssablar bahalaşmanı bölgələrdə fermerlərin xərclərinin artması ilə də əlaqələndirirlər.