Ət və süd məhsulları yenə BAHALAŞACAQ – SƏBƏBbackend

Ət və süd məhsulları yenə BAHALAŞACAQ – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ət və süd məhsulları stabil bahalaşır. Bunun səbəbi də odur ki, yerli istehsal da azalıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a açıqlamasında vurğulayıb.

O, qiymətlərin artma səbəbini açıqladı:

“Biz əvvəllər qoyun ətini 15-16 manata alırdıq, indi 18-20 manata qalxıb. Yayda daha baha idi. Bahalaşma əsasən saxlanılan heyvanların sayının azalması ilə bağlıdır. Tələbat çoxdur, əhalinin sayı çoxalır, ətə tələbat artır. Amma saxlanılan heyvanların sayında azalma müşahidə olunur. Bu da qiymətləri təbii olaraq artırır. Bu il ət və ət məhsulları 4,4 faiz bahalaşıb və bu yavaş-yavaş da davam edəcək. Çünki kəskin bahalaşma olanda əhali ala bilmir, buna görə də onları öyrəşdirərək qiymətləri artırırlar”.

Minimum əmək haqqı bu qədər artırılacaq – Xalid Kərimli açıqladı

İqtisadçının sözlərinə görə, heyvanların sayının azalması ilə yanaşı, onların saxlanma xərcinin artması da burada rol oynayır:

“Əvvəllər boş sahələr var idi, qoyunlar, inəklər boş sahələrdə rahat otlayırdılar. Heyvanı saxlamaq xərci indiki qədər baha olmurdu. Artıq boş otlaq sahələri azalır. Camaat ya bağ düzəldir, ya əkinçilik sahəsinə ayırır, həmçinin torpaqlarda şoranlaşma var. Bu nüansda iqlim dəyişikliklərinin və torpaqdan istifadənin səmərəsizliyi də burada rol oynayır. Müxtəlif kompleks səbəblər sonda həm heyvan saxlamaq xərcini artırır, həm də heyvanların sayının azalmasına yol açır. Nəticə etibarilə ət də, süd də bahalaşıb”.

Xalid Kərimli qeyd etdi ki, ət və süd məhsulları ötən illərdə də, son 12 ayda da bahalaşıb və bundan sonra da tədricən bahalaşma davam edəcək.