Ətin qiyməti niyə artıb? – AÇIQLAMAbackend

Ətin qiyməti niyə artıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə dünya bazarında mal ətinin 1 kiloqramının orta qiyməti 6,2 dollar (10.5 manat), qoyun əti 9.6 dollar (16.3 manat) olub. Azərbaycanda isə qoyun əti 21-22 manat, mal əti isə ən yaxşı halda 17-18 manatdır. Niyə Azərbaycanda ətin qiyməti bu qədər yüksəkdir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə əlaqədar iqtisadçı ekspert Elşad Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, ətin qiymətinin baha olması idxaldan asılılıqla və yerli məhsulun lazım olan həcmdə olmaması ilə bağlıdır:

“Digər tərəfdən yerli ət məhsullarının əmələ gəlməsində idxal amili yenə də yüksək paya malikdir. Yəni yemlər, müvafiq dərmanlar və digər əlavələr tələb olunur ki, onların idxal edilməsi qiymətlərin artmasına şərait yaradır. Biz kənd təsərrüfatı sektorunda bütün istehsal halqalarını özündə ehtiva edən bir sistem qurmalıyıq ki, idxaldan asılılıq azalsın. Əks halda qiymətlərin yüksək olması qaçılmaz olur”.

Ekspertin sözlərinə görə, ölkədə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı ilə bağlı müvafiq güzəştli kredit xətləri açılmalıdır ki, bu sahənin inkişafı rentabelli olsun:

“Çünki bu sahə kifayət qədər risklərlə doludur. Burada istehsalın, biznesin həyata keçirilməsi ilə bağlı olan risklər yüksək kredit faizləri olduqda, demək olar ki, sahənin inkişafını rentabelsiz edir. Ona görə də düşünürəm ki, məsələyə sistemli yanaşmalıyıq. İlk növbədə, yerli təsərrüfatı sektoru, o cümlədən heyvandarlıq inkişaf etməlidir. Bunun üçün müvafiq kredit xətləri açılmalı və maliyyələşmə xətləri reallaşdırılmalıdır. Digər tərəfdən kənd təsərrüfatı sektorunda, o cümlədən heyvandarlıqla bağlı sistem təşkil edən bütün bizneslərdə idxaldan asılılığımızı azaltmalıyıq”.