Etiraz aksiyaları bütün Fransanı bürüyüb – Yollar blokadaya alındıbackend

Etiraz aksiyaları bütün Fransanı bürüyüb – Yollar blokadaya alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fermerlərin etiraz aksiyaları bütün Fransanı bürüyüb. Onlar ölkənin əsas aparıcı avtomobil yollarını blokadaya alıblar. Dövlət binalarının qarşısına peyin və zibil tökülüb.

NOCOMMENT.az xəbər verir ki, fermerlərin həmkarlar ittifaqı böhrandan çıxmaq üçün hökumətə yüzə yaxın tələbin siyahısını göndərib.

Bu sorğular 24 bənddə qruplaşdırılıb. İki kənd təsərrüfatı ittifaqı xüsusilə “təcili” yardıma və ekoloji məhdudiyyətlərin azaldılmasına çağırış edib. Onlar həmçinin əmək haqqı ilə bağlı dərhal cavab tədbirləri görülməsini istəyiblər.

Həmkarlar ittifaqları, eyni zamanda, ödənilməməsinin səbəblərindən asılı olmayaraq bütün ümumi Avropa kənd təsərrüfatı siyasəti yardımının dərhal ödənilməsi tələbini irəli sürürlər.