Etiraz aksiyalarında 300-dən çox fermer iştirak edibbackend

Etiraz aksiyalarında 300-dən çox fermer iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyada keçirilən etiraz aksiyalarında 300-dən çox fermer iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, “TARS” agentliyinin məlumatına görə, ölkənin Torpaq Sahibləri və Kənd Təsərrüfatı Sahibkarları Assosiasiyasından etirazın məqsədinin Slovakiyada fermerlərin kritik vəziyyətini işıqlandırmaqdan ibarət olduğu bildirilib.

Vurğulanıb ki, malların alış qiymətləri aşağı olub və onlar haqqları olduğu birbaşa ödənişləri almayıblar. Fermerlər, həmçinin Slovakiya Torpaq Fondundan torpaq icarəyə götürərkən inzibati yükün azaldılmasını və ayrı-seçkiliyin aradan qaldırılmasını xahiş edirlər.

Slovakiyada etirazların fevralın 22-də də keçirilməsi planlaşdırılır.