Etirazçılar Netanyahunun iqamətgahı qarşısında çadırlar qururlarbackend

Etirazçılar Netanyahunun iqamətgahı qarşısında çadırlar qururlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyatına etiraz edənlər baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurublar.

NOCOMMENT.az bildirir ki, bu barədə Ynet xəbər verir.

Qeyd olunur ki , polis İsrail baş nazirinin iqamətgahından 300 metr radiusda ərazini mühasirəyə alıb . Bəzi məlumatlara görə, Netanyahunun özü binada yoxdur.

“Baş nazir ailələrin gəldiyini eşidib qaçıb”, – portal etirazçılardan birinin sözlərini sitat gətirir.

Bundan əvvəl Axios portalı İsrail ordusunun Qəzza şəhərinin tam işğalına yönəlmiş əməliyyata başladığı barədə məlumat yayıb.

Daha sonra İsrail Müdafiə Qüvvələrinin 20 dəqiqəlik əməliyyat zamanı Qəzzaya 37 zərbə endirdiyi bildirilib. Zərbələr silsiləsində helikopterlər də iştirak edib. Partlayışlardan biri videoya çəkilib.