Etirazçılar: Paşinyan, sənin Əliyevə cavab verməyə cürətin çatmırbackend

Etirazçılar: Paşinyan, sənin Əliyevə cavab verməyə cürətin çatmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevanda etirazlar davam edir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hökumət evi qarşısında toplaşan vətəndaşlar səsgücləndiricilər vasitəsilə baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar özləri ilə N.Paşinyanın müqəvvasını da meydana gətirib, baş nazir əleyhinə şüarlar səsləndiriblər: “Paşinyan sən istefaya getməlisən. Əliyev hər gün bizim ölkənin baş nazirini təhqir edir. Sən özünü baş nazir adlandırırsan, amma Azərbaycan Prezidentinə cavab verməyə cürətin çatmır”.