Etirazçılarla polis arasında insident – Ölənlər varbackend

Etirazçılarla polis arasında insident – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda polislə fermerlər arasındakı insidentdə 6 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, təhlükəsizlik qüvvələri etirazçıların Dehliyə traktor yürüşünə mane olub. Yürüş paytaxtdan 200 kilometr məsafədəki Haryana və Pəncab ştatlarının sərhədində dayandırılıb.

Polis infrastrukturu dağıdan etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Fermerlər hökumətdən gələcək məhsul üçün onlara minimum qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edirlər.