Etirazlarda 500-ə yaxın adam saxlanılıbbackend

Etirazlarda 500-ə yaxın adam saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonun həbsə məhkum edilməsindən sonra baş verən hadisələrdə 500-ə yaxın adam saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Daxili işlər naziri Antoine Diome, paytaxt Dakarda mətbuata verdiyi açıqlamada, 1 iyunda başlayan etirazlardan sonra aralarında siyasi partiya üzvləri də olan təxminən 500 adamın nəzarətə alındığını söylədi.

Həftə sonu ölkədə gərginliyin azaldığını ifadə edən Diome etirazlarda “xarici qüvvələrin təsirli olduğunu və ölkəsinin hücuma məruz qaldığını” iddia edib. Nazir Diome bildirib ki, etirazçılar infrastruktur obyektlərinə ziyan vurub və məhv ediblər.