Etna vulkanı yenidən aktivləşibbackend

Etna vulkanı yenidən aktivləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən hündür vulkanı Etna dünən axşam saatlarında yenidən aktivləşib. 

NOCOMMENT.az xəbər verir ki,  İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə , vulkan təxminən 4500 metr yüksəkliyə lava və kül səpib.

Adanın bir çox nöqtəsində müşahidə edilən vulkanik aktivliyin Kataniya hava limanında uçuşlara təsir etmədiyi öyrənilib.

3 min 357 metr hündürlüyü ilə dünyanın ən aktiv vulkanlarından biri olan Etna sonuncu dəfə avqust ayında aktivləşib və adanın şərqindəki Kataniya şəhərinə bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.