ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başladıbackend

ETSN və DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsi əməkdaşlığa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsi ilə əməkdaşlığa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq bu istiqamətdə birgə tədbirlər görülür: “Artıq oktyabr ayından ov mövsümünə də start verilir. Ov mövsümü başlamazdan əvvəl Su Nəqliyyatında Baş Polis İdarəsi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, həm balıq ovu ilə, həm də digər qanun pozuntularının qarşısını almaqla bağlıdır. Qanunsuz balıq ovu, brakonyerlik və digər qanunsuzluğun qarşısının alınması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər güc strukturları ilə birgə tədbirlər planlaşdırır. Artıq yaxın vaxtlarda biz bu məsələlərlə bağlı birlikdə mühafizə işlərini həyata keçirəcəyik”.

Xidmət rəisi bildirib ki, Qızılağac Milli Parkının ərazisinin böyük hissəsi su bataqlığı olduğundan bu ərazidə su polisi ilə xüsusi əməkdaşlıq nəzərdə tutulub: “Bu ərazilərdə qanunsuzluq törədən vətəndaşlarla bağlı məlumatlar dərhal polisə ötürüləcək və iki qurum arasında sıx informasiya mübadiləsi əməkdaşlığı ediləcək”.