Euractiv: NASAMS raket istehsalçısı öz istehsalını Ukraynada qurmaq istəyirbackend

Euractiv: NASAMS raket istehsalçısı öz istehsalını Ukraynada qurmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlər istehsal edən Norveçin Kongsberg Defence & Aerospace şirkəti Ukraynada mərmi istehsalı üçün filial aça bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Eyrik Li Euractiv-ə müsahibəsində bildirib.

“Hazırda biz Ukraynada şirkət yaradırıq. Biz Ukraynanın sənaye nümayəndələri ilə birgə müəssisənin açılmasını yaxından müzakirə edirik”, – deyə sahibkar bildirib.

Onun sözlərinə görə, şirkət Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün yüzlərlə raket istehsal etməyi gözləyir. Bundan əlavə, Li qeyd edib ki, norveçlilər Ukraynanı öz təchizat zəncirinə inteqrasiya etməkdə maraqlı olacaqlar.