“EuroHome” bazarının 60 min manata yaxın vergi borcu varbackend

“EuroHome” bazarının 60 min manata yaxın vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“EuroHome” tikinti materialları bazarının 60 min manata yaxın vergi borcu yaranıb. 
NOCOMMENT.az bildirir ki, “Eurohome” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 55281.36 AZN vergi borcu var.
Bir neçə ay əvvəl şirkətin direktoru Ağayev Ramiz Ağahüseyn oğlu qanuni təmsilçilikdən gedib və onu İbrahimov Niyazi Kamal oğlu əvəzləyib.
Uzun illər “EuroHome”un direktoru Samir Məmmədov olub. O, ötən ilin fevral ayında şirkətin qanuni təmsilçiliyindən getdikdən sonra yerini Ramiz Ağayev tutub.
Qeyd edək ki, “EuroHome” ticarət mərkəzi 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019 və 2020-ci illərdə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarlara ciddi ziyan dəyib. Bu günədək bəzi sahibkarlar bazar rəhbərliyindən onlara dəyən zərərlə bağlı sığorta pullarını ala bilməyiblər.
Xatırladaq ki, “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. İş adamı həmçinin, “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.
©Qaynarinfo