“Euromed Özəl Tibb Mərkəzi” məhkəmə qarşısındabackend

Euromed Özəl Tibb Mərkəzi” məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Euromed Özəl Tibb Mərkəzi cərimələnə bilər.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü ( “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə iş başlanıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.