Ev almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! – ayın sonunda…backend

Ev almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! – ayın sonunda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil bazarındakı durumu öyrənmək üçün əmlak eksperti Ramil Osmanlıya müraciət etdik.

NOCOMMENT.az Müsavat.com-a istinadən xəbər verir ki,  Ekspert bildirdi ki, kirayə bazarı üçün passiv bir dövr hesab olunur:

“Bu bazarda elə bir ciddi dəyişiklik yoxdur. Təklif də məhduddur, bu ərəfədə tələb olmadığına görə qiymət dəyişikliyini təhlil edib nəticə çıxarmaq bir az çətindir.

Mənzillərin qiymətinə gəlincə, ötən ilin sonunda biz daşınmaz əmlak bazarında passiv bir dövr yaşadıq. Bu passiv dövrə baxmayaraq, biz qiymət azalması müşahidə etmədik. Qiymətlər stabilləşdi, amma azalmaya doğru getmədi.

İlin əvvəlidir, hələ ki, vəziyyət stabildir. Amma düşünürəm ki, ayın sonuna doğru bazarda müəyyən aktivlik müşahidə olunacaq. Bu da əsasən bazara pul axını ilə bağlıdır. İlin əvvəli üçün xarakterik bir tendensiyadır. Eyni zamanda ipoteka kreditlərinin verilməsinə başlanıb. Banklar öz maliyyə aktivliyini artırmağa başlayacaq. Buna görə də ipoteka üzrə kreditlərin sayı artacaq. Bu, təbii ki, daşınmaz əmlak bazarı üçün daha çox qiymət artımı vəd edir.

Son 2 ilin təhlillərinə nəzər salsaq, düşünürəm ki, ayın sonunda 5-10% artım olacaq.

Eyni zamanda nəzərə almaq lazımdır ki, regionda baş verən ümumi tendensiyaların da müəyyən mənada təsiri ola bilər. Doğrudur, hələ ki, yoxdur, amma ola bilər. Məsələn, hazırda Rusiya-Ukrayna müharibəsində canlanma müşahidə olunur. 2022-ci ilin sonunda olduğu kimi, Rusiya yenidən səfərbərliyə gedərsə, hesab edirəm ki, bu, Azərbaycana yenidən axını artıracaq. Bu isə kəskin qiymət artımına gətirib çıxara bilər”.