“Ev üçün verdiyim məbləğin yarıdan çoxu mənə qaytarılmır” – VİDEObackend

“Ev üçün verdiyim məbləğin yarıdan çoxu mənə qaytarılmır” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Masazır qəsəbəsində kredit yolu ilə ev alan vətəndaş aldadılıb. Şikayətçi Xəyal Ağayev iddia edir ki, ev üçün verdiyi məbləğin yarıdan çoxu ona qaytarılmır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Xəyal Ağayev iddia edir ki, Xəyal Məmmədliyə mənzil üçün ümumilikdə 12 500 manat pul ödəyib.

Sonradan məlum olub ki, evin yerləşdiyi ərazidə ciddi su sızması problemi mövcuddur və bu, yaşayışı mümkünsüz hala gətirib. Məcbur qalan vətəndaş yeni aldığı evi satışa çıxarıb. Elə problemlər də bundan sonra başlayıb: “Öz razılığımla evi satışa çıxardıq. Həyəti su basırdı deyə xoşum gəlmədi. Müqavilənin şərtlərinə görə isə, ev satıldıqdan sonra mənim pulum geri ödənilməli idi. Ev satılıb, mənim xəbərim yox idi. Bir müddət sonra gedib baxıram ki, evdə başqa ailə var. Yaxınlaşdım ki, bəs ev satılıb mənə niyə demirsiz? Dedi, mənim problemlərim var, sizin pulunuzu verəcəyik. Danışdıq ki, ayda 1000-1500 ödəyəcək. Sonra 500 manat atdı. Sonra vermədi. Birtəhər tapdım, dedi ki, sənə ayda 200-300 verə bilərik. Gələrsən, danışarıq. Gəlmişəm, lakin yerində tapa bilmirəm bu adamı”.

Vətəndaş onu da əlavə edib ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına müraciət edib, lakin indiyədək problemin həlli istiqamətində heç bir irəliləyiş olmayıb.

Vətəndaşın şikayəti əsasında açıqlama almaq üçün Xəyal Məmmədlinin fəaliyyət göstərdiyi ofisə baş çəkdik.

Ancaq özünü onun işçisi kimi təqdim edən Maya Abdullayeva ilə telefon əlaqəsi yaratdıq. Bildirdi ki, vətəndaşın şikayəti tam əsassızdır və ona razılıq əsasında hər ay müəyyən məbləğdə pul ödənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.