Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində 2 yaşlı qız evdən qaçıb.
NOCOMMENT.az “vesti.ru”ya istinadla xəbər verir ki, ürəyi artıq döyünməyən körpəni atası qar uçqunu içində təsadüfən tapıb.
Prokurorlar hadisəni araşdırır.
İlkin məlumatlara görə, valideynlər evdə 2 qızını evdə qoyub işə gediblər. Böyük qız yatarkən 2 yaşlı körpə paltarsız həyətə çıxıb. Yerli media qızcığazın yalnız uşaq bezi və jilet geyindiyini bildirib.