Eventiada IPRA Golden World Awards 2020 müsabiqəsinə start verildibackend

Eventiada IPRA Golden World Awards 2020 müsabiqəsinə start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərqi Avropa, Mərkəzi Asiya və MDB dövlətləri arasında kommunikasiyalar sahəsində ən böyük yarışma olan “Eventiada IPRA Golden World Awards” müsabiqəsinə müraciətlərin qəbuluna start verilib.

NOCOMMENT.az xəbər verir ki, müsabiqədə iştirakla bağlı müraciətlər 19 sentyabr – 16 noyabr tarixləri aralığında qəbul olunacaq.

1990-cı ildən etibarən keçirilən “Eventiada IPRA Golden World Awards” müsabiqəsi 1955-ci ildən başlayaraq ictimaiyyətlə əlaqələr sahəsinin inkişafı və standartlarının tətbiqi sahəsində fəaliyyət göstərən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) tərəfindən təşkil olunur. Qurum həmçinin 1984-cü ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edir.

Bu il Eventiada IPRA GWA Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsi üzrə IPRA proqramının bir hissəsi oldu. Eventiada IPRA GWA proqramına BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən nominasiyalar daxil edilmiş, eləcə də ilk dəfə olaraq Qran Pri-dən əlavə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə ən yaxşı dəstəyə görə Qran Pri-nin verilməsi gözlənilir.

İlham Məmmədov - Jurnalist və PR mütəxəssis
İlham Məmmədov

“Azərbaycanlı mütəxəssislərin kommunikasiyalar sahəsində peşəkarlığını nümayiş etdirməyinin effektiv yollarından biri də Eventiada IPRA Golden World Awards kimi nüfuzlu beynəlxalq müsabiqələrdə milli layihə və keyslərlə iştirak etməkdir. Bu müsabiqənin istənilən nominasiyasında qalibiyyət ölkəmizin peşəkar icması üçün ciddi bir hədiyyə olardı”, – deyə müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvü, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) və “Baku School of PR” şirkətinin rəhbəri, Media və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis İlham Məmmədov qeyd edir.

01/09/2019 – 01/09/2020 tarixləri arasında Rusiya, MDB, Avropa və Orta Asiya ölkələrində həyata keçirilmiş layihələr üzrə müraciətlər www.eventiada.com saytında rus və ingilis dillərində qəbul olunur. Bütün nominasiyalar üzrə layihələrə beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən baxılacaq.

Əlavə olaraq, müsabiqə ərzində ali mükafat olan Grand Prix, eləcə də fərdi mükafatlar — “KİV üçün nominasiyalar”, “Sənayenin inkişafı üçün yatırımlar üzrə nominasiyalar”, “İstiqamətlər və fəaliyyətlər üzrə nominasiyalar”, “Fərdi nominasiyalar”, “Xüsusi nominsiyalar” və “Gənclər nominasiyası” öz sahiblərini tapacaq.

Müsabiqənin qrafiki:
· 19 avqust — müraciətlərin qəbulunun başlanması;
· 16 noyabr müraciətlərin qəbulunun bitməsi;
· 4 dekabr — Təntənəli təqdimetmə mərasimi, Rusiya, Moskva.

Müsabiqə haqda daha ətraflı məlumatı www.eventiada.com veb-səhifəsndən almaq mümkündür.

Qeyd edək ki, NAR Mobile şirkəti Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin qalibləri arasında olub.