Nepalda içində 6 nəfərin olduğu helikopterin Everest dağından qayıdarkən qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, Everest dağından paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterin qalıqları Lamajura bölgəsində tapılıb.
İlkin məlumata görə. pilot və 5 əcnəbi turisti daşıyan helikopterin qalıqları arasından 5 nəfərin cəsədi tapılıb, bir nəfər isə hələ də itkindir.
Pilotun Nepal, turistlərin isə Meksika vətəndaşları olduğu qeyd edilib.