Əvəz Zeynallının məhkəməsi təxirə düşdübackend

Əvəz Zeynallının məhkəməsi təxirə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkili Aqil Layıcın vəsatəti üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Aqil Layıc sosial şəbəkədə prosesin sentyabrın 21-nə keçirildiyini qeyd edib.

Xatırladaq ki, Aqil Layıc Əvəz Zeynallının barəsində ev dustaqlığı seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə şikayət verib.

Vəsatət araşdırılması üçün hakim Vüsal Tağıyevin icraatına verilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Əvəz Zeynallı ittihamları qəbul etmir.