Əvəz Zeynallının şikayəti təmin edilmədibackend

Əvəz Zeynallının şikayəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı mıhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Əvəz Zeynalının barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı şikayət təmin olunmayıb.

Qeyd edək ki, yanvarın 29-da Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb

Xatırladaq ki, ötən ilin sentyabrında Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Əvəz Zeynallı ittihamları qəbul etmir.