Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulubbackend

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

Məlahət Zeynallının sözlərinə görə, “Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: “Bu günlərdə “ximiya”ya başlayacaqlar”.

APA tərəfindən bu məsələ ilə bağlı Penitensiar xidmətə sorğu göndərilib.