Evin harasında dayananlar zəlzələdən sağ çıxdılar?backend

Evin harasında dayananlar zəlzələdən sağ çıxdılar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda 63 nəfəri xilas edən Bursa Gürsu Bələdiyyəsinin axtarış-xilasetmə qrupu, sağ qalanları və dağıntılar altında həyatını itirənləri daha çox mənzillərin hansı hissələrində tapdıqlarını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, axtarış-xilasetmə qrupları Kahramanmaraşın mərkəzində onlarla dağıntıya müdaxilə ediblər. Ölənlər binaların və mənzillərin hansı tərəfində, sağ qalanlar hansı tərəfində idilər?

Gürsu Bələdiyyəsinin Mülki Müdafiə Nəzarəti Təlha Şahin, “Divan kənarından 6 uşağı çıxardıq. Mətbəxdə soyuducunun yanında,paltaryuyan maşının yanında da həmçinin. Bir sözlə, daha çox oturacaqların kənarları və sabit əşyaların yanında dayanmaq lazımdır” dedi.