Sumqayıtda 23 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
NOCOMMENT.az Den.az-a istinadən xəbər verir ki, Kimyaçılar qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Məhəmməd Rizvan oğlunu “tok” vurub. Gənci xəstəxanaya aparsalar da, o dünyasını dəyişib.
Bildirilib ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminium zavod” ərazisində qeydə alınıb. Orada metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.
M. Əliyev evin tək oğlu və Vətən müharibəsi iştirakçısı imiş.
Faktla bağlı araşdırma aparılır.