Evinə qayıdanda həyatının şokunu yaşadı – əşyası və…backend

Evinə qayıdanda həyatının şokunu yaşadı – əşyası və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanada baş verən zəlzələdən sonra 8-ci mərtəbədəki evini tərk edən şəxs martın 15-də evinin başqasına kirayə verildiyini öyrənib geri qayıdanda həyatının şokunu yaşayıb.

NOCOMMENT xəbər verir ki, əşyalarının və 210 qram qızılın olmadığını görən şəxs polisə ərizə ilə müraciət edib.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə 11 vilayət zərər çəkib və ciddi ziyan dəyib. Zəlzələdən zərər çəkən vilayətlər arasında Adana da var. 13 binanın dağıldığı Adanada xüsusilə mənzillərdə yaşayanlar evlərini tərk edib. Mahfesığmaz məhəlləsindəki mənzilin 8-ci mərtəbəsində yaşayan Ozan Hansoylu zəlzələdən sonra evinin qapısını kilidləyərək İstanbula gedib. Hansoylu martın 15-də Adanaya dönüb evinə girmək istəyib. Lakin o, bağlı qapını aça bilməyib. Çilingər çağırıb evə daxil olanda evdə özünə məxsus əşyaların olmadığını, evdə başqasının oturduğunu görüb.

Hansoylu bu vəziyyətdən şoka düşərkən dərhal evdə oturan şəxslə əlaqə saxlayıb. Həmin şəxs evi 60 min lirəyə daşınmaz əmlak agentindən icarəyə götürdüyünü bildirib. Hansoylu evin kirayəçisinə sənədini göstərərək, evi kirayə vermədiyini, yaşadığını bildirib. Evi kirayə verən şəxs bu məlumatdan sonra evi tərk edib. O, Hansoylu ilə polisə gedərək evinin rieltor tərəfindən icazəsiz icarəyə götürülməsindən, üzərində heç bir əşyanın və 210 qram qızılın olmadığını bildirib.