Evlər boşaldılmalıdır, Azərbaycan sərhədçiləri gəlir – Ermənilərə vaxt verildibackend

Evlər boşaldılmalıdır, Azərbaycan sərhədçiləri gəlir – Ermənilərə vaxt verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirants kəndinin sakinləri sərhədlərin demarkasiyası və delimitasiyası prosesi nəticəsində Azərbaycanın nəzarətinə keçəcək ərazilərdəki evləri sökməyə başlayıblar.

NOCOMMENT.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.

Onların dediyinə görə, artıq bir neçə gündür, söküntü işlərinə başlanılıb.

Kirantslılara xəbərdarlıq edilib ki, iyunun 24-dək evləri boşaldılmalıdır. İyunun 24-dən sonra əraziyə Azərbaycan sərhədçiləri yerləşdiriləcək.

Xatırladaq ki, mayın 24-dən Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Berkaber qəsəbəsinin 1,9 km-lik, Tavuş vilayətində Ermənistan Respublikasının dövlət sərhədinin Voskepar və Bağanis yaşayış məntəqələrinin 4,9 km hissəsinin mühafizəsini rəsmən öz üzərinə götürüb.

Azərbaycan tərəfi də paralel olaraq, mayın 24-dən bitişik sərhəd ərazilərinin mühafizəsini Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçirir.