“Evlilik müqavilə ilə olur?”backend

“Evlilik müqavilə ilə olur?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təklif edirəm ki, qanunvericilikdə “nikah müqaviləsi” anlayışı “evlilik anlaşması” sözü ilə əvəzlənsin”. 

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Səadət Vəliyeva deyib.

“Evlilik məgər müqavilə ilə olur? Bu anlayışı dəyişib “evlilik anlaşması” kimi versək ailəyə, evliliyə baxış dəyişər”,- deyə S.Vəliyeva vurğulayıb.

Millət vəkili düşünür ki, ölkədə ailə məhkəmələrinə ehtiyac var: “Çünki mövcud məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur”.