Əvvəlcə 78 yaşlı kişini, sonra özünü güllələyib ÖLDÜRDÜbackend

Əvvəlcə 78 yaşlı kişini, sonra özünü güllələyib ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada cinayət hadisəsi qeydə alınıb.

 

NOCOMMENT.az bildirir ki, 64 yaşlı kişi əvvəlcə həmyerlisini, sonra özünü güllələyib. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, hadisə avqustun 27-də saat 09 radələrində baş verib.

 

“Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır”, – məlumatda vurğulanıb.