Exit-poll: İvan Korçok Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlibbackend

Exit-poll: İvan Korçok Slovakiyada keçirilən prezident seçkilərində qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın keçmiş xarici işlər naziri, liberal fikirlərə sahib olan İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu, Slovakiya Televiziyasının təqdim etdiyi “exit-poll” nəticələrindən irəli gəlir.

Ukraynaya hərtərəfli yardımın tərəfdarı olan Korçok seçicilərin 51,1%-nin dəstəyini qazanıb. Onun rəqibi, Slovakiya Parlamentinin sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini isə 48,9% səs toplayıb.