İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bu həftənin əvvəlində Suriyada hava hücumlarının arxasında İsrail hərbçilərinin olduğunu bildirib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Zamir bu barədə Hərbi Dəniz Qüvvələrinin zabitlərinin buraxılış mərasimində danışıb.
“Son günlərdə biz eyni vaxtda bir neçə zərbə endirdik. Suriyada hərəkət azadlığımıza təhlükə yaradan fəaliyyətlərin qarşısını aldıq”, – o deyib.
Qeyd edək ki, bazar ertəsi həyata keçirilmiş hücumlarla Homs yaxınlığındakı hərbi baza, Latakiya sahil şəhəri və tarixi Palmira şəhəri ətrafındakı hədəflər vurulub.