Eylat şəhəri üzərində şübhəli hava obyekti aşkar edilibbackend

Eylat şəhəri üzərində şübhəli hava obyekti aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) İsrailin cənubunda yerləşən Eylat şəhəri üzərində səmada şübhəli hava obyekti aşkar edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

Onun sözlərinə görə, İDF qırıcıları şərqdən İsrail ərazisinə daxil olan şübhəli hava obyekti aşkar ediblər. Bu obyekt “Eylat körfəzinə düşüb”.

“Hələlik tələfatı barədə məlumat yoxdur, binaya cüzi ziyan dəyib”, – məlumatda deyilir.

Bundan əvvəl İsrail şübhəli hava hədəfinin tutulduğunu açıqlamışdı.