Əyləc probleminə görə avtomobili başqasının adına keçirmirlər – RƏSMİ AÇIQLAMAbackend

Əyləc probleminə görə avtomobili başqasının adına keçirmirlər – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Səbail rayon sakini Nadir İbrahimov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində alqı-satqı zamanı nəqliyyat vasitəsinin qeydiyyata alınması prosesində ona qarşı qanunsuz addım atıldığını iddia edir.

NOCOMMENT xəbər verir ki, bu barədə yeniavaz-a danışan N.İbrahmov bildirib ki, avtomobilin arxa əyləcindəki nasazlığa görə satın aldığı avtomobilin təkrar qeydiyyata salınmasından imtina edilib: “Ötən gün avtomobil alqı-satqısı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinə getdim. Avtomobili texniki baxışdan keçirdilər və yazdılar ki, arxa əyləcin saxlama qabiliyyətinin faizi aşağıdır. Mən bildirdim ki, buna ehtiyac yoxdur, avtomobilin texniki baxışı yanvar ayında olub. Qanuni rüsumu ödəyib, idarədəki 7-ci otağa keçdik. Həmin otaqda Rövşən adlı polkovnik-leytenant oturmuşdu. Səbail rayonu üzrə həyata keçirilən alqı-satqılara o nəzarət edir. Avtomobili satan şəxs sənədi imzaladı. Polkovnik-leytenant mənə dedi ki, avtomobilin əyləcində problem var, get, düzəltdir, gəl. Mən də bildirdim ki, əvvəla, əyləc yararsız vəziyyətdə deyil, ikincisi, mən avtomobili texniki baxışdan keçirmişəm. Sənədi qaytardı, dedi, qeydiyyata salmıram, get”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev açıqlama verib.

O bildirib ki, sözügedən hal Nazirlər Kabinetinin 39 saylı qərarı ilə tənzimlənir: “Qeydiyyat zamanı nəqliyyat vasitəsinin müayinəsi olur. Nəqliyyat vasitəsinin müayinəsi zamanı da əyləc sistemində nasazlıq aşkarlanıb. Avtomobil həmin vəziyyətdə yolda saxlanılsa da, nəqliyyatdan kənarlaşdırılmalıdır. O vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək olmaz. Həmçinin, bu qeydiyyatdan imtinaya əsas verən nasazlıqlardan biridir. Nəqliyyat vasitəsinin əyləc sistemində və sükan idarə mexanizmində hər hansı nasazlıq olarsa, həmin nasazlıqlar aradan qaldırılmalı və daha sonra nəqliyyat vasitəsi qeydiyyatdan keçirilməlidir. Bu, Nazirlər Kabinetinin 39 nömrəli qərarı ilə tənzimlənir”.