Eynəyi əvəz edən göz damcısı – İnqilabi dəyişiklikbackend

Eynəyi əvəz edən göz damcısı – İnqilabi dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) yaşlı insanlardakı hipermetropiya (presbiopiya) ilə mübarizə aparan ilk dərmanı – Vuity göz damcısını rəsmən təsdiqləyib.

NOCOMMENT.az Bakupost-a istinadən xəbər verir ki, bu preparatı birmənalı şəkildə dərman adlandırmaq olmaz: o, görmə probleminin səbəblərini aradan qaldırmır, sadəcə pozuntunun əsas simptomunu müvəqqəti olaraq aradan qaldırır.
Bununla belə, əksər mütəxəssislər artıq terapiyanın bu növünü inqilabi dəyişiklik adlandırırlar, çünki damcılardan müntəzəm istifadə yaxını pis görən yaşlı insanlara eynək taxmadan oxumağa və ya kompüterdən istifadə etməyə imkan verəcək.
Sözügedən preparatın aktiv maddəsi həkimlərə çoxdan məlumdur və 19-cu əsrdən bəri göz xəstəliklərinin müalicəsində istifadə olunur.