Eyni evdən dəfələrlə oğurluq etdibackend

Eyni evdən dəfələrlə oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, rayonun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.