Abşeron rayonu ərazisində eyni torpaq sahəsi üçün iki nəfərə çıxarış verildiyi məlum olub.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Səbuhi Əsədov Abşeron rayonu, Məmmədli kəndi yeni massivdən 2017-ci ildə 2 sot torpaq alıb. Lakin ötən il həmin torpaq sahəsinə baxmağa gələndə görüb ki, başqa bir şəxs burada ev tikərək yaşayır. Ən maraqlısı isə odur ki, Səbuhi Əsədovun əlində çıxarış olduğu kimi, həmin ev sahibinin də əlində rəsmi çıxarış var.
Şikayətçi deyir ki, aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi yoxdur.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, onlar tikintiyə nəzarət edən qurum olmadığına görə yerli icra hakimiyyətinə müraciət edilməlidir. Məmmədli bələdiyyəsindən isə açıqlama verildi ki, şikayətçi onlara müraciət etsin, məsələ araşdırılıb həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.