Eyni zəlzələ Bakıda olsa, şəhərin bu hissələri yoxa çıxacaq! – Ekspertdən həyəcan təbilibackend

Eyni zəlzələ Bakıda olsa, şəhərin bu hissələri yoxa çıxacaq! – Ekspertdən həyəcan təbili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peşəkar fəaliyyətimə inşaat menecmentində başladığım üçün onu deyə bilərəm ki, Allah uzaq eləsin, eyni şiddətdə zəlzələ Bakıda baş versə, “Həzi Aslanov”, “Neftçilər” m/st və Yasamalın yarısı yoxa çıxacaq”.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə iqtisadçı Asif İbrahimov çıxış edib.

O bildirib ki, xüsusilə adlarını çəkdiyi ərazilərdə inşaat fəaliyyətləri aparılarkən texnoloji proseslərə, şəhərin baş planına, Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə, TNTQ-lərə, AzDTN-lərə, ara məsafələri haqqında müfəssəl qaydalara və bir çox normativ aktların tələblərinə riayət olunmayıb:

“Çox ciddi pozuntular mövcuddur. Onu da qeyd edim ki, dəmir-beton konstruksiyada istifadə olunan armaturların əksəriyyəti Bakıda istesal olunan, yəni yenidən emal olunan metallardan əldə edilmiş materiallardır. Sovet dövründə Azərbaycan və Gürcüstanda istehsal olunan armaturların yükdaşıyıcılarda, əsas konstruksiyalarda istifadə edilməsi ona görə icazə verilmirdi ki, bu materiallar xammaldan yox, yenidən emal edilə bilən materiallardan əldə olunurdu.

2008-2012 ci illərdə “Həzi Aslanov” m/st yaxınlığında tikilən binalarda layihə üzrə istifadə edilmə beton 450 marka olduğu halda beton maşınları 10-12 saat gözlədilir və betonun mikserdə qurumaması üçün daimi olaraq su əlavə edilirdi. Daha sonra isə 10 saatdan sonra növbə çatanda həmin betonu döşəməyə və sütunlara vururdular.

Qeyd etdiyim məsələləri nəzərə alaraq, aidiyyəti dövlət qurumlarından xahişim odur ki, 2000-ci illərin əvvəllərindən bu günə qədər tikilmiş yeni binaların vəziyyəti ilə bağlı əsaslı monitorinqlər aparıb ölkə rəhbərliyinə və ictimaiyyətə məlumat versinlər. Xüsusilə də yuxarıda sadaladığım ərazilərdə tikilmiş yeni binalarda”.