Eynşteynin düsturları olan dəftər 13 milyona satıldıbackend

Eynşteynin düsturları olan dəftər 13 milyona satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman alim Albert Eynşteynin 1905-1915-ci illərdə hazırladığı ümumi nisbilik nəzəriyyəsinin düsturlarını ehtiva edən əlyazma dəftəri Parisdə keçirilən hərracda təxminən 13 milyon dollara satılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC yazıb.

Parisdəki “Christie’s” adlı hərrac evində keçirilən auksionda elmi əlyazmanın qiyməti rekord qiymətə çatıb.

1915-ci ildə nəşr olunan ümumi nisbilik nəzəriyyəsinin yaşadığımız kainat haqqında bildiyimiz demək olar ki, hər şeyi dəyişdirən inqilabi elmi irəliləyiş olduğu düşünülür.

Hərracda satılan 54 səhifəlik sənəd nəzəriyyənin formalaşdırıldığı iki dəftərdən biridir. Əlyazma düsturları Eynşteyn və onun isveçrəli həmkarı Mişel Besso tərəfindən 1913-1914-cü illər arasında yazılıb. 54 səhifəlik kitabı alan şəxsin kimliyi məlum deyil.

May ayında Eynşteynin nəzəriyyənin məşhur E=mc² düsturu olan məktubu 1,2 milyon dollara satılıb.

Modern.az