İki işdə işləyənlər üçün mühüm xəbər – Bundan sonra…backend

İki işdə işləyənlər üçün mühüm xəbər – Bundan sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərlə bağlı Əmək Məcəlləsinə yeni əlavələr edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda öz əksini tapıb.

Yeni qaydaya əsasən, bir neçə iş yeri olan işçilərin ezamiyyət dövründə digər iş yerindəki hüquqi vəziyyəti dəqiq şəkildə tənzimlənib. Qanun işçinin xahişi ilə bir iş ilində aşağıdakı hallarda ödənişsiz məzuniyyət verilməsini nəzərdə tutur:

Əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində*, əsas iş yeri üzrə ezamiyyətdə qaldığı müddət ərzində ödənişsiz məzuniyyət;

Əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində, əlavə iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyət.

Bu dəyişiklik sayəsində artıq iki iş yeri olan işçilər ezamiyyət dövründə digər iş yerində işdən yayınma kimi qiymətləndirilmir. Ezamiyyətdə olduğu müddət rəsmi şəkildə ödənişsiz məzuniyyət hesab olunacaq.

Yeni mexanizm həm işçilərin hüquqlarını qoruyur, həm də işəgötürənlər üçün hüquqi qeyri-müəyyənliyi aradan qaldırır.

Qeyd edək ki, əvvəl isə bir işçinin iki iş yeri varsa və o, bu iş yerlərindən biri tərəfindən ezamiyyətə göndərilirdisə, digər iş yeri onun ezamiyyətdə olduğunu nəzərə almağa məcbur deyildi.

İşçi o günlərdə işə çıxmırdısa, bu işə gəlməmək kimi qiymətləndirilə bilərdi.

İşəgötürən istəsə, həmin günləri səbəbsiz “yox” kimi yaza bilərdi, əmək haqqından kəsə bilərdi, intizam tənbehi verə bilərdi, hətta işdən çıxarma üçün əsas kimi istifadə edə bilərdi.

Yəni ezamiyyət bir iş yerində rəsmiləşirdi, digəri isə bunu tanımaya bilərdi.

Tunar