Azərbaycanda deputat seçkiöncəsi Mərkəzi Seçki Komisiyası ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının sıralarında də kadr dəyişikliyi olub. Kadr dəyişikliyinin daha uzun müddət icra başçısı vəzifəsini tutan və müəyyən vəzifələrdə çalışmış şəxslər arasında aparıllb.
NOCOMMENT.az KAİM.az-a istinadən xəbər verir ki, Azərbaycanda uzun müddət müxtəlif rayonlarda icra başçısı vəzifəsini tutan şəxslər var.
Bu vəzifəli şəxslərdən biri 18 ildən artıqdır ki, icra hakimiyyəti başçısı olan Əziz İmran oğlu Əzizovdur.
İlk icra başçısı addımlarını Cəlilabad rayonuna təyin olunanda atan cənab Əzizov, işlədiyi 11 il ərzində rayonu silib, süpürüb özünə və KİRİŞASINA var – dövlət toplamaqla məşğul olduğu hələ də deyilir.
Rayonda ən önəmli biznes sahələrini öz əlinə keçirən naşı rəhbər uzunmüddətli müqavilə ilə torpaq ərazilərini biznesinə qatan, vəzifə alverindən, söküntü və tikinti işlərinə qədər şəxsi nəzarətinə keçirməsi indiyə qədər yerli sakinlərin yaddaşlarına həkk olunub. Həmin vaxtlarda Əzizovun “TAS”ının yüksək olması, qəbullarda yerli sakinlərlə təmasın az olması, problemlərin aradan qaldırılması yox, qalaqlanması Cəlilabada kütləvi narazılıqların artmasına səbəb olmuşdur.
Rayonda Əzizova qarşı yaranan kütləvi etirazlar sayəsində KİRİŞASI zorla da olsa, cənabın təyinatın Yasamal rayonuna ala bildi. Əhali ilə anlaşa bilməyən Əzizov, Yasamal rayonunda da əhali tərəfindən rüşvətə görə ciddi etirazlara düçar oldu. Bu rayonu da rüşvətə, şəxsi mənafelərinə çevirən Əzizov rayonda əhalinin basqısına ilyarım tap gətirə bildi. İqtidar basqılardan və etirazlardan çəkinərək Əzizovu Allahın da unutduğu bir rayona – Suraxanıya təyin etdi. Bu təyinatdan sonra da Əzizovun fəaliyyətində heç nə dəyişmədi. Fərdi tikinti aparan şəxslərdən rüşvəti iki dəfə artırdı, hər rayonda işlədiyi kimi şəxsi pulyığanı ilə kadr islahatı adi ilə onlarla vəzifəli şəxsdən yüksək məbləğlər alaraq təyinatlar etdi. Buna rayon, qəsəbə və kəndlərin icra nümayəndəlik rəhbərləri eləcə də, məktəb direktorları da daxil, ciddi məbləğlər alınaraq vəzifəyə gətirilmələri əyani sübutdur. Uzun müddət bu rayonda da var dövlət yığmağı həfəsi bitməyən Əzizov yığdığı rüşvətlər sayəsində topladığı milyonlardan mediyanı da satın almağı bacardı. Amma, yerli əhalinin cana doyduğundan yuxarılara yazması cənab Əzizovun karyerasında yeni təyinata səbəb oldu.
Əlbəttə ki, yenə də məlum KİRİŞASININ istəyi ilə Beyləqana icra başçısı göndərildi. Yeni təyinatın həftəsi tamam olmamasına baxmayaraq Beyləqan icra hakimiyyətində böyük bir toplantı düzənləyən Əzizov iclasda iştirak edən yerli məmurlara özəl qanunları ilə bağlı üstüörtülü mesajlar verdiyi deyilir. Məlumata görə iclasdan sonra yanında apardığı pulyığanı tək – tək yerli məmurlarla görüşüb yeni rəhbərin onlarla necə işləyəcəyi haqda məlumat verib. Deputat seçkisində də YAP-ın namizədini dəstəkləmələrini və yuxarıdan göndəriləcək tam siyahını nöqtə və vergülünə qədər qüsursuz icra olunacağını da Əzizovun pulyığanı yerli məmurlara bildirdiyi gələn xəbərlərdə deyilib.
Növbəti yazıda Əziz Əzizovla bağlı redaksiyamıza daxil olan çox ilginc məlumatlar yer alacaq.