backend

Əziz Səncər Şuşaya səfər edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumat səfirin tviter səhifəsində yer alıb.

“Yazın ayrı, qışın ayrıca gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına, Cıdır düzündən Xocalı və Böyük Qafqaz dağlarına salam olsun”, – deyə səfir sosial şəbəkə hesabında qeyd edib.