F-16-ların tədarükü Kiyev üçün istənilən nəticəyə gətirib çıxarmayacaqbackend

F-16-ların tədarükü Kiyev üçün istənilən nəticəyə gətirib çıxarmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, F-16 qırıcılarının Ukraynaya tədarükü istənilən hava üstünlüyü gətirməyəcək, çünki Rusiyanın hava hücumundan müdafiə sistemləri çox effektivdir və pilotların təlimi çox uzun çəkir. Bu barədə “Washington Post” ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

“Əgər üç ay ərzində F-16 üçün çoxlu pilot yetişdirmək mümkün olsaydı, onlar ilk gündə sıradan çıxarılardı, çünki Rusiyanın Ukraynadakı hava hücumundan müdafiə sistemləri çox etibarlı və effektivdir”, – mənbə bildirib.

Materialda qeyd olunur ki, bahalı təyyarələrin çatdırılması, eləcə də pilotların hazırlanması ən azı bir il çəkəcək və hadisələrin gedişinə təsir göstərməyəcək.