F-35-in Yunanıstana təhvil verilməsi ilə bağlı təfərrüatlar məlum olubbackend

F-35-in Yunanıstana təhvil verilməsi ilə bağlı təfərrüatlar məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan müqavilələrə uyğun olaraq beşinci nəsil F-35 qırıcıları alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” baş nazir Kiriakos Mitsotakis və ABŞ dövlət katibi Antoni Blinken arasında danışıqların yekunlarına dair hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, danışıqlar zamanı Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr, həmçinin iki ölkə arasında strateji əməkdaşlıq müzakirə olunub.

Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Afinaya beşinci nəsil F-35 qırıcılarının satışını təsdiqləyib.