F.Koca: “Bu gün 56 can sevdiklərini geridə qoyub aramızdan ayrıldı”backend

F.Koca: “Bu gün 56 can sevdiklərini geridə qoyub aramızdan ayrıldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində daha 56 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6.951 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ölkədə 1.671 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 288.126 nəfərə çatıb.

Nazir qeyd edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son 24 saatda 1.117 nəfər olmaqla 256.524 nəfər təşkil edir.

Nazir paylaşımında “Bu gün 56 can sevdiklərini geridə qoyub aramızdan ayrıldı. Bir-birimizi qorumaq üçün yaxınlarımızı qorumalıyıq. Birlikdə mübarizə ilə bunu bacara bilərik” fikirlərini də əlavə edib.