F.Koca: “Tədbirə ehtiyac var”backend

F.Koca: “Tədbirə ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son gündə koronavirusdan 19 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın “Twitter” səhifəsində verdiyi məlumata görə bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 710 nəfərə çatıb.

Nazirin sözlərinə görə son sutkada qonşu ölkədə  996 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı 231 869-dur.

Qeyd edək ki, bu gün 981 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 215 516 nəfərə çatıb.

F.Koca tədbirlərə ehtiyac olduğunu söyləyərək son günlərdə yeni yoluxmaların artaraq 1000-ə yaxınlaşdığını da vurğulayıb. Qeyd edək ki, ağır vəziyyətdə olanların sayı 586-dır.