F.Koca: “Təəssüf ki, bayramda, tətil mərkəzlərində epidemiya amili kifayət qədər nəzərə alınmadı”backend

F.Koca: “Təəssüf ki, bayramda, tətil mərkəzlərində epidemiya amili kifayət qədər nəzərə alınmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son sutkada koronavirusdan daha 19 ölüm faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə koronavirus qurbanlarının sayının 5 747 nəfərə çatdığını qeyd edib.

Nazirin sözlərinə görə ölkədə son 24 saatda 995 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 233 851 nəfərə yüksəlib.

F.Koca qeyd edib ki, son sutka ərzində 1.003 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə koronavirusdan sağalanların sayı 217 497 nəfərə çatıb.

Nazir “Təəssüf ki, bayramda, tətil mərkəzlərində epidemiya amili kifayət qədər nəzərə alınmadı” ifadələrini əlavə edib.