F.Koca Türkiyədə yoluxmanın sürətlə artma səbəbini açıqladıbackend

F.Koca Türkiyədə sürətlə yoluxmanın artma səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 53 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 6 564 nəfərə çatıb.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 612 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 276 555  nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 1 021 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 249 108 nəfərə yüksəlib.

Nazir Türkiyədə adət-ənənələrin, bayramların, kütləvi şəkildə dini ibadətlərin,  toy-yas mərasimlərinin məhdudiyyətsiz davam etməsinin COVID-19-un sürətlə yayılmasına səbəb olduğunu qeyd edib.