F.Koca – Virusun sevdiklərimizi bizdən ayırmaması üçün….backend

F.Koca – Virusun sevdiklərimizi bizdən ayırmaması üçün….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə daha 58 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahettin Koca öz “Twitter” hesabında məlumat verib.

Nazir bildirib ki, son 24 saatda 107.702 şübhəli koronavirus testindən keçib, onlardan 1.512-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1.219 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 286.455 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 6.895 nəfər pandemiyanın qurbanı olub, 255.407 nəfər isə müalicə olunaraq sağalıb.

F.Koca “Virusun sevdiklərimizi bizdən ayırmaması üçün, birlikdə tədbirlərə uymalıyıq.Güclü mübarizə birgə görülən tədbirlərlərlə mümkündür” fikirlərini əlavə edib.