“Facebook”da polisə şikayət edildi: Divarlara “24ks.cc”, “CK.MEФ” işarələri yazan şəxs həbs edildibackend

“Facebook”da polisə şikayət edildi: Divarlara “24ks.cc”, “CK.MEФ” işarələri yazan şəxs həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində həyətyanı sahələrin divarlarına və binaların daş örtüklərinə “24ks.cc”, “CK.MEФ” işarələr yazan şəxs həbs edilib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,polisə “Facebook” vasitəsi ilə 2 nəfərin Sahil qəsəbəsi ərazisində həyətyanı sahələrin divarlarına və binaların daş örtüklərinə “24ks.cc”, “CK.MEФ” işarələr yazaraq, narkotik vasitələrin təbliğatının aparılması barədə məlumat verilib.

Aparılan əməliyyat tədbirləri nəticəsində 6 avqust 2002-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində doğulmuş Azərbaycan vətəndaşı Zaur Bədəlov (ad-soyad şərti) saxlanılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 30 gün müddətinə inzibati qaydada həbs edilib.